Son 12-14 sentyabr təxribatı və sonrakı günlərdə yenə mövqelərimizin atəşə tutulması Ermənistanda hələ də revanşist qüvvələrin mövcud olduğundan və ölkənin kənar qüvvələr tərəfindən növbəti təxribatlara, yeni müharibəyə təhrik edildiyindən xəbər verir.
Bu sözləri Axar.az-a Ermənistanın yeni təxribata hazırlaşdığı haqda yayılan xəbərlər barədə danışan hərbi ekspert Ədalət Verdiyev deyib. Hərbi ekspert Ordumuzun növbəti təxribatlara ən sərt şəkildə cavab verəcəyinə əminliyini vurğulayıb:
“Ermənistanın yenə sərhəddə genişmiqyaslı təxribata əl atması halında şanlı Azərbaycan Ordusunun düşmənin qarşısını daha sərt və təsirli şəkildə alacağına şübhəmiz yoxdur. Fikrimcə, Ordumuz düşmənin təxribat törədən istənilən mövqeyini, postunu havaya sovurmalı, həmin mövqeyə bayrağımızı sancmalıdır”.