Abşeron rayonu, Masazır qəsəbəsində qətl törədilib.
Qafqazinfo xəbər verir ki, sentyabrın 25-də gecə saat 4 radələrində 1998-ci il təvəllüdlü Nicat Əsədov Masazırdakı evdə bacısı, 28 yaşlı Xalidəni qətlə yetirib. O, daha sonra hadisə yerindən qaçıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. N.Əsədovun saxlanılaraq istintaqa təhvil verilməsi üçün Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.