Gəncədə 17 yaşlı oğlan öldürüldü

0

Gəncədə 17 yaşlı oğlan qətlə yetirilib.

Gəncə Şəhər Prokurorluğundan verilən məlumata görə, bu gün saat 6:00 radələrində 2005-ci il təvəllüdlü Həsən Novruzovun aldığı xəsarətdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Azər Mövsümovun sentyabrın 19-u bıçaqla Həsən Novruzova xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Azər Mövsümov şübhəli şəxs qismində tutulub, istintaq davam etdirilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »