Pelosi Ermənistanı Ərmənistan edəcək – Badalyan

0

Ermənistan Rusiya ilə mübahisə etsə, o zaman təkcə Qarabağı deyil, bir neçə başqa əraziləri də tamamilə itirəcək.

Bunu erməni bloger, “Azatağrum” hərəkatının rəhbəri Miki Badalyan deyib.

“Gümrüdəki bazada rus hərbçilərinin yerinə İrandan heç də razı olmayan amerikalılar peyda olacaq. Moskva İrəvana qazın güzəştli tariflərindən imtina edəcək, elektrik enerjisi bahalaşacaq. İncimiş İrandan ucuz yanacaq almaq da nəticə verməyəcək. Nəticədə bütün istehsalların maya dəyəri bir neçə dəfə artacaq. Ermənistan Amerikanın tabeçiliyində olacağı üçün Gömrük İttifaqından çıxmalı, həm qazancını, həm də Rusiya bazarını itirməli olacaq. Alkoqol tədarükü üçün heç bir yer olmayacaq və onun istehsalı bağlanacaq. Mağazalarda rus mallarının yerini türk malları tutacaq və Ankaranın iqtisadi ekspansiyası başlayacaq”, – o bildirib.

O bildirib ki, İrəvan Türkiyə və Azərbaycanla sülh müqaviləsi imzalamalı olacaq:

“Bir çox məqamı sadalamaq olar, amma bir şey aydındır ki, Ermənistan üçün belə bir siyasət fəlakətdir. Bu da Ermənistanın Ərmənistana, yəni Türkiyənin tabeliyinə qeyd-şərtsiz keçməsinə gətirib çıxaracaq. Erməni xalqı satqınlardan qurtulmalıdır. Əks halda, Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin açıq eyham vurduğu kimi, “Ərmənistan” İranla mübarizə aparmalı olacaq”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »