Xəyanətkarın vətəni və milləti olmur

Xəyanətkarın vətəni və milləti olmur

0

“Azərbaycanın düşmən üzərində qələbə qazandığı, erməni təcavüzkarlarının təxribatları nəticəsində şəhidlər verdiyimiz, torpaqlarımızın azadlığı və sərhədlərimizin təhlükəsizliyi uğrunda qəhrəman oğullarımız canlarını qurban etdikləri bu günlərdə aqressiv müxalifətin qazanılan uğurlara kölgə salmaq, erməni qəsbkarlarına
dəstək vermək cəhdi xalqımıza qarşı nankorluq, əsl xəyanətdir”.

Bu sözləri Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Veteranlar Şurasının üzvü Tahir Rzayev deyib. Komitə sədrinin sözlərinə görə, Əli Kərimli, Tofiq Yaqublu, Cəmil Həsənli, Altay Göyüşov kimiləri 44 gün ərzində Azərbaycan ordusunun, igid əsgər və zabitlərimizin göstərdikləri rəşadəti, qəhrəmanlıqları heçə endirməklə ordumuzdakı yüksək əhval – ruhiyyəni, vətənpərvərlik hisslərini zəiflətmək məqsədi güdürlər.

“Onlar 27 sentyabr 2020 – ci ildə də – müharibə getdiyi günlər ərzində özlərinin antimilli mövqelərini ortaya qoydular və bu gündə çirkin əməllərini davam etdirirlər. Ancaq onlar bilmirlər ki, ordumuzun, xalqımızın qələbəyə olan inamı, döyüşlərdəki mübarizliyi, əsgər və zabitlərimizin ruh yüksəkliyi, düşmənə olan nifrəti sonsuz və tükənməzdir. Sentyabrın 12-dən 13-ə keçən gecə erməni silahlı birləşmələrinin təxribatı nəticəsində düşmənə endirilən zərbələr, strateji mövqelərin və postların tamamilə darmadağın edilməsi, təcavüzkarların çox sayda canlı qüvvə itirməsi və igid oğullarımızın qəhrəmanlığı nəticəsində mühüm ərazilərin nəzarətə
götürülməsi bunu aydın göstərir.

“Bəs müharibə başa çatmışdı?” sualını verərkən Əli Kərimli başa düşməlidir ki, nə qədər xain, qaniçən ermənilər və onun kimi düşmənlərə xidmət edən, beş-on manata xalqını, vətənini satan nadanlar var, o vaxt heç zaman müharibə bitməyəcək, mübarizə dayanmayacaqdır. Bu müharibənin 30 il davam etdiyini və torpaqlarımızın içimizdən olan xainlər tərəfindən vaxtı ilə düşmənə satıldığını Əli Kərimli və onun silahdaşları bilməmiş deyillər. Axı bizim düşmənimiz tək erməni deyil, bu torpağa içimizdən xəyanət edənlər, “mən Azərbaycanın Ermənistana qarşı təcavüzünü lənətləyir və pisləyirəm” deyən Altay Göyüşovlar, qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsinə kölgə salan, ordumuzun zəfərlərini heçə endirən Əli Kərimlilər.

Azərbaycan xalqı öz Prezidenti, Ali Baş Komandanı, ordusu və birliyi ilə bütün sahələrdə istər döyüş meydanında, istərsə də iqtisadi-sosial, mədəni, eləcə də beynəlxalq aləmdə öz sözünü deyir, uğurlarını gündən-günə möhkəmləndirir. Dostlarımız buna sevinir, düşmənlərimizinsə bağrı çatlayır. Bağrı çatlayanların içində özümüzdən olanların, çörəyimizi yeyib suyumuzu içmələrin nadanlığı hamımızı təəssüfləndirir. Ancaq təəssüflənməyə dəyməz. Axı xəyanətkarın vətəni və milləti olmur deyirlər”, – komitə sədri vurğulayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »