Ravil Maqanov: Rusiyanın “Lukoyl” rəhbəri ölüb, “xəstəxananın pəncərəsindən yıxılıb”

0

KİV-in məlumatına görə, Rusiyanın neft nəhəngi “Lukoyl”un sədri Ravil Maqanov Moskvada xəstəxananın pəncərəsindən yıxılaraq dünyasını dəyişib.

Şirkət onun ölümünü təsdiqləyib, ancaq 67 yaşlı Maqanovun “ağır xəstəlik nəticəsində dünyasını dəyişdiyini” bildirib.

Rusiya mətbuatı onun Moskva Mərkəzi Klinik Xəstəxanasında müalicə olunduğunu və aldığı xəsarətlərdən dünyasını dəyişdiyini yazıb.

Maqanov müəmmalı şəraitdə dünyasını dəyişən bir sıra yüksək vəzifəli biznes rəhbərlərinin sonuncusudur.

Müstəntiqlər onun necə öldüyünü müəyyən etmək üçün hadisə yerində çalışdıqlarını bildiriblər. TASS xəbər agentliyi mənbələrə istinadən xəbər verir ki, o, cümə axşamı səhər tezdən altıncı mərtəbənin pəncərəsindən yıxılıb və daha sonra intihar edib.

Rusiyanın Ukraynanı işğal etməsindən az sonra “Lukoyl”un idarə heyəti “bu faciənin” qurbanlarına başsağlığı verərək, münaqişəyə tez son qoymağa çağırıb.

“Lukoylun”milyarder prezidenti Vahid Ələkbərov aprel ayında Britaniyanın işğala cavab olaraq, ona qarşı sanksiyalar tətbiq etməsindən sonra istefa verib.

Qeyd edək ki, son aylarda bir neçə rus enerji oliqarxı qeyri-adi şəraitdə ölüb:

  • Keçmiş Novatek milyonçu meneceri Sergey Protoseninin cəsədi həyat yoldaşı və qızı ilə birlikdə aprel ayında İspaniya villasında tapılmışdı.
  • “Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayev aprel ayında da həyat yoldaşı və qızı ilə Moskvadakı mənzilində ölü tapılıb.
  • May ayında keçmiş Lukoil maqnatı Alexander Subbotin bir şamandan alternativ müalicə aldıqdan sonra, ürək çatışmazlığından ölüb.

Lukoil Rusiyanın ən böyük özəl şirkətidir. Bəyanatda deyilir ki, Maqanovun idarəçilik istedadı sayəsində, onu dünyanın ən böyük enerji şirkətlərindən birinə çevirib.

O, 1993-cü ildə özəl neft şirkətinə qoşulub və iki il əvvəl sədr vəzifəsini icra edib. Üç il əvvəl prezident Vladimir Putin ona “Ömürlük Nailiyyət Mükafatı” təqdim edib.

Maqanov xəstələri arasında Rusiyanın siyasi və biznes elitasının nümayəndələrinin olması ilə tanınan Moskvanın qərb kənarında yerləşən xəstəxanada müalicə olunurdu.

Mixail Qorbaçov da çərşənbə axşamı eyni xəstəxanada, Mərkəzi Klinik Xəstəxanasında vəfat edib və prezident Putin cümə axşamı səhər tabutuna gül dəstələri qoymaq üçün hadisə yerinə gəlib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »