“Hava hədəfinə artilleriya atışı” çalışması yerinə yetirilib- FOTO

0

Azərbaycan, Qazaxıstan, Rusiya və İranın hərbi dənizçilərinin iştirakı ilə keçirilən “Dəniz kuboku” müsabiqəsi davam edir.
İctimairey.az MN-in Mətbuat xidmətinə istinadən bildirir ki, müsabiqənin növbəti gününün proqramına uyğun olaraq iştirakçı komandalar “Hava hədəfinə artilleriya atışı” çalışmasını yerinə yetiriblər.

Çalışmanın şərtinə əsasən döyüş hazırlığı poliqonuna çıxan gəmilərin heyətləri göyərtə kompleksində quraşdırılmış artilleriya qurğularından istifadə etməklə təyin olunmuş hündürlükdə yerləşən hava hədəfinə atəş açıblar.
Hədəfin məhv edilməsinə və seçilmiş sürət həddinə görə hakimlər tərəfindən qiymətləndirilmə aparılıb.
Müsabiqədə iştirak edən komandaların hər biri çalışmanın öhdəsindən bacarıqla gəlib.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »