SON DƏQİQƏ: Nazir Çavuşoğlundan Ermənistana xəbərdarlıq

0

Xarici işlər naziri Mövlud Çavuşoğlu, “Ermənistana bir daha xəbərdarlıq edirik ki, yeni təxribatlara əl atmayın”.

Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən 13-cü Səfirlər Konfransının açılışında çıxış edib.

Türkiyənin işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsini dəstəklədiyini vurğulayan Çavuşoğlu, “Dost və düşmən bilməlidir ki, Azərbaycan heç vaxt tək deyil”.

“Biz Ermənistana bir daha xəbərdarlıq edirik ki, yeni təxribatlara əl atmasın”, – Çavuşoğlu bildirib.

Çavuşoğlu Qəzzada baş verənlərə də toxunaraq, ‘İsrailin hücumları və fanatik yəhudilərin Məscidül-Əqsaya girmək cəhdi qəbuledilməzdir’ deyib.

Dünən gecə əldə edilən atəşkəsi müsbət qiymətləndirdiyini vurğulayan Çavuşoğlu, “Atəşkəs doğru addımdır, bunun daimi olmasını istəyirik” deyib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »