Azərbaycan Türkmən təbii qazının hər min kub-metrini $140-a alıb, xaricə isə $817 satıb

0

Azərbaycan Türkmənistandan aldığı svop qazın həcmini bir qədər də artırıb.

İctimairey.az xəbər verir ki, 2022-ci ilin ilk beş ayı ərzində Türkəmistandan Azərbaycana 226.49 milyon kub-metr həcmində təbii qaz idxal edib.

Bu idxal edilmiş təbii qazın dəyəri isə cəmi 22.59 milyon ABŞ dolları həcmində olub. May ayı ərzində isə cəmi 74.52 mln. kub-metr təbii qaz idxal edilməklə, onun idxal dəyəri 10.43 mln. kub-metr olmuşdur. Bu da orta ölçüdə hər 1000 kub-metrinin 140 dollar deməkdir. Apreldə bu cəmi 80 dollar idi.

Azərbaycan Türkmənistandan cari ilin aprel ayından təbii qaz alışına başlayıb. Ötən ilin noyabrında Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz mübadiləsinə dair üçtərəfli müqavilə (SWAP) başlanmasına dair razılığa gəlindi. Burada svop qaz dedikdə, Türkmənistan qazını İrana ötürür, həmin qaz müqabilində İran Azərbaycana nəql etməlidir ki, Azərbaycanda bu qazı daxili və xarici bazara yönəltsin.

Bununla da ucuz türkmən qazı Cənub Qaz Dəhlizi ilə Avropa bazarına yönəlir.

Azərbaycan xaricə təbii qazın hər min kub-metrini $817-ə ixrac etdiyi halda, Türkəmənistandan $140 almış olub. Yəni orta ixrac qiymətindən 5.8 dəfə ucuz alıb.

İlin yanvar-may aylarında ölkəmizin xaricə qaz ixracının həcmi 9.46 mlrd. kub-metr olmaqla 5.99 mlrd. dollar dəyəri əhatə etmişdi.

Qeyd edək ki, Avropada Rusiya-Ukrayna müharibəsi fonunda təbii qazın qiyməti tarixi maksimuma çatıb. Hazırda Rusiyadan Avropaya gedən “Şimal axını -1” boru xəttində texniki nasazlıq əsas gətirlərək əvvəlkindən xeyli az təbii qaz nəql edilir. Banker.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »