SON DƏQİQƏ: İranda qətl və zorlamada təqsirli bilinən 10 nəfər edam edilib

Ölüm hökmü Kerec şəhərinin həbsxanasında icra olunub

İran qətl və zorlamada təqsirli bilinən 10 nəfərə qarşı edam hökmünü icra edib.

HRANA hüquq müdafiə təşkilatının məlumatına görə, ölüm hökmü iyunun 29-da Rejai Şehr həbsxanasında (Karec şəhəri, Əlborz stanı) həyata keçirilib.

Edam edilənlərdən 8-i qətldə, qalanları isə zorlamada təqsirli bilinib.

İran rəsmiləri hələlik xəbərlərə münasibət bildirməyib.

Beynəlxalq insan haqları təşkilatı Amnesty International-ın mayın 24-də açıqladığı hesabata görə, 2021-ci ildə İranda 314 nəfər edam edilib.

İran Çindən sonra ən çox edam edilən ölkələrdən biridir.

Comments are closed.

Tərcümə »