Ordumuz üçün layiqli əsgərlər yetişdirmək, hər birimizin vətəndaşlıq borcudur

0

Etiraf edək ki, 30 il davam edən işğal dönəmində Ordu günlərində əsgər və zabitlərimizi təbrik etməyimizlə 44 günlük Vətən Müharibəsində möhtəşəm Zəfər tarixi yazan qalib Ordunu təbrik etmək tamamilə fərqli məqamlar, fərqli hisslərdir. 104 yaşlı qocaman Ordumuzu qalib xalqın övladları kimi təbrik etməyimiz içimizi fəxr və fərəh hissi ilə doldurur. Nə qədər xoş və qürurlu anlar yaşayırıq. Şükürlər olsun ki, artıq iki ildir ki, biz 26 iyun – Silahlı Qüvvələr Gününü qalib Ordusu ilə qürurlanan qəhrəman xalq kimi qeyd edirik.

Ordu mənim üçün müqəddəs məqamdır. Həm qazi kimi, həm də ehtiyatda olan zabit kimi ordu mənim həyatımın içindən keçib, ömrümün ən gözəl, ən qaynar illərini Ordumuza həsr etmişəm. Bu gün siyasi sferada olsam da, ancaq Ordumuzla təmaslarım davam edir. İnşAllah yaxın gələcəkdə əsgər atası olmağın sevincini yaşamaq da nəsibimiz olar. Ordumuz üçün layiqli əsgərlər yetişdirmək hər birimizin vətəndaşlıq borcumuzdur.

Mən fürsətdən istifadə edib Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyyətini Ordu bayramımız münasibətilə təbrik edir, hazırda xidmətdə olan bütün əsgərlərimizin hərbi xidmətlərini sağ-salamat və şərəflə başa vurub evlərinə, əzizlərinin yanına qayıtmalarını arzulayıram. Ali Baş Komandanımız İlham Əliyevə, bütün əsgər və zabitlərimizə, qazilərimizə partiya üzvlərimizin təşəkkürlərini bildirirəm.
Ordumuz varsa, Yurdumuz var! Allah Müzəffər Ordumuzu qorusun! Vətənimizin azadlığı uğrunda, ərazi bütövlüyümüz uğrunda şəhid olan igid övladlarımızın ruhları şad olsun!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »