Bərdədə amansız QƏTL: 54 yaşlı kişi 66 yaşlı kişini bəçaqla….

0

İyunun 26-sı saat 16 radələrində Bərdə rayonu ərazisində 1954-cü il təvəllüdlü Çapay Sadıqlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

İctimairey.az-a Bərdə rayon prokurorluğundan verilən məlumatda bildirilir ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1968-ci il təvəllüdlü Xazər Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Çapay Sadıqlıya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Xazər Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »