Kürdəmirdə avtomobil su kanalına düşüb: 1 ailənin üzvləri…

0

Kürdəmirdə avtomobil su kanalına düşüb, bir ailənin 4 üzvü xəsarət alıb.

İctimairey.az xəbər verir ki, hadisə bu gün saat 5 radələrində Bakı-Qazax magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib. Belə ki, sürücü Kürdəmir rayonunun Atakişili kənd sakini 33 yaşlı Sərxan Cəlal oğlu Kərimov “Nissan” markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı sürücü Sərxan Kərimov və onun sərnişinləri 25 yaşlı Samirə Elxan qızı Kərimova, 2 yaşlı Aylin Sərxan qızı Kərimli və 1 yaşlı Cəlil Sərxan oğlu Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »