Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

0

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

ictimairey.az xəbər verir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlər!

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm! Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm! Mərdliyinizə və dözümlülüyünüzə görə çox sağ olun! Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyinizə görə sizə minnətdarıq!

Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Belə qəhrəman oğullar böyütmüş ana və ataların qarşısında baş əyir, onlara səbir diləyirəm.

Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!”

 161 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »