SON XƏBƏR: Kürdəmirdə ot  bağlaması daşıyan traktor qoşqusu yanıb

0

Kürdəmir rayonunun Cəyli kəndində traktor qoşqusunun yanar hissələri və qoşquya yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb.

İctimairey.az FHN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı, Xətai və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Bakı şəhərinin Qaradağ rayonunda “ГАЗ” markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 166 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »