Bu gün Prezidentin general-leytenant rütbəsi verdiyi hərbçilər kimdir? – Fotolar

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev general-mayor Zakir Samiddin oğlu Ağayev və general-mayor Azər Əli oğlu Əliyevə general-leytenant hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
İctimairey.az  xəbər verir ki, Zakir Ağayev Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində xidmət edir. “Azərbaycan Bayrağı” ordenli Z. Ağayev general-mayor rütbəsini 2017-ci ilin iyununda alıb.

Rütbəsi artırılan digər hərbçi Azər Əliyev isə Hərbi Akademiyanın Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsini icra edir. O, 2021-ci ilin iyulunda bu Akademiyanın tədris üzrə müavini vəzifəsindən azad edilərək idarə rəisi təyin edilib.

Loading

Comments are closed.

Tərcümə »