Uçuşlarla bağlı qərar verildi

0

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviatsiya”) ölkənin mərkəzi və cənubundakı 11 hava limanına uçuşlara qadağanı artıq 20-ci dəfə uzadıb. Bu məhdudiyyətlər fevralın 24-dən, yəni Ukraynada hərbi əməliyyatlar başlayandan bəri tətbiq edilib. “Report” xəbər verir ki, bu barədə agentlik məlumat verib.Qeyd edək ki, qadağa iyunun 30-dək qüvvədədir. Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarına uçuşlar dayandırılıb. “Rosaviatsiya” alternativ olaraq Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskva hava limanlarından istifadə etməyi məsləhət görür.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »