Yeni Qaydalar: Kəbəyə üz sürtmək, toxunmaq qadağandır

0

İki illik koronavirus fasiləsindən sonra, Kəbə ziyarətləri artarkən, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi yeni qaydaların tətbiq olunduğunu açıqlayıb.

Təqdim edilən yeni qaydalar çərçivəsində Kəbənin qarşısındakı maneə səbəbiylə müsəlmanlar multezeme, Hacer’ül Esved və Kəbənin divarlarına toxuna bilməyəcək.

Müqəddəs torpaqlara çatan zəvvar namizədlərini pandemiyadan sonrakı qaydalar təəccübləndirib.

Osmanlılar tərəfindən Kəbə ətrafında Beytullaha ehtiram olaraq tikilmiş tarixi eyvanların sökülməsi ilə başlayan müzakirələrə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin pandemiya ilə bağlı etdiyi yeni qaydalar əlavə edilib.

“Mültezem”, Hacer’ül Esved və  Hacerü’l Esved daşı ilə Kəbə qapısı arasındakı yerləşdirilmiş hissəyə maneə səbəbiylə zəvvarlar, Kəbənin divarlarına toxuna bilməyəcəklər.

Daha əvvəl Hacer’ül Esved’i ziyarət edən müsəlmanlar Kəbəyə dua edir, üz sürtürdülər. Bu tənzimləmənin təvaf ruhuna zidd olduğunu bildirən zəvvar namizədlərdən, Hərəm-i Şərifdə ediləcək bütün tədbirləri müsəlman dövlətlərin dini liderlərindən xahiş edərək, yerinə yetirlməsini tələb ediblər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »