Vergiödəyicisinin hansı hallarda sadələşdirilmiş vergi ödəmək hüququ yaranır?

0

Vergiödəyicisi həm kassa çeki (qəbz), həm də elektron qaimə-faktura ilə rəsmiləşən əməliyyat həyata keçirərsə, bu halda sadələşdirilmiş vergi ödəmək hüququ yaranırmı?

İctimairey.az xəbər verir ki, məsələyə aydınlıq gətirən Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayevin sözlərinə görə, Vergi Məcəlləsinə əsasən, malların təqdim edilməsini pərakəndə satış qaydasında həyata keçirən vergiödəyicisi, eyni zamanda, malların satışını topdansatış qaydasında həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda vergiödəyicisinin sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Vergi mütəxəssisi qeyd edib ki, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergiödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda onun sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »