DƏHŞƏTLİ QƏTL: Azərbaycanda ər arvadını, sonra özünü öldürdü- YENİLƏNİB

0

İmişli Rayon Prokurorluğu rayon ərazisində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

“İyunun 17-də İmişli rayonu ərazisində 1988-ci il təvəllüdlü Turan Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisə rayonun Yalavac kəndində baş verib.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu münaqişə zəminində arvadı, 1988-ci il təvəllüdlü Mustafayeva Turanə Vaqif qızını bıçaqla qətlə yetirib. Daha sonra M.Əhmədov bıçaqla özünü öldürüb.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1983-cü il təvəllüdlü Mehbalı Əhmədovun aralarında yaranmış münaqişə zamanı Turan Mustafayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə daha sonra özünə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
İctimairey.az İmişli rayon Prokurorluğunun yaydığı məlumata istinadən bildirir ki, faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 66 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »