84 yaşlı, 18 nəvəsi olan Güneş Önürme Türkiyədə universitetə qəbul imtahanına girib.- FOTO

0

Oxumaqda qərarlı olan Önürme “İnşallah uğur qazanaram” dedi. Önürme gənclərə də tövsiyələr verdi. Universitet imtahanının həyəcanı 7-dən 70-ə kimi hamını bürüdü. Oxumaq üçün yaşın önəmi olmadığını göstərən Ordulu Günəş Önürme təhsil sevgisini bir addım da irəli aparmaq istəyir.

Mesudiye rayonunda yaşayan Önürme 84 yaşında Ali Təhsil Qurumlarına İmtahan verib. Orta məktəbi bitirdikdən sonra, gözünü universitet təhsilinə çevirib. Yarımçıq qalmış təhsilini başa vurmaq üçün, 2013-cü ildə oxuyub yazmağı öyrənmək məqsədi ilə Məsudiyə Xalq Təhsil Mərkəzinə müraciət edən Önürme, yanvar ayında ibtidai, və nəhayət, orta məktəb diplomunu alıb.84 yaşında üniversite sınavına girdi

Altınordu Baş Müəllim Anadolu Liseyində daxil olan Önürme, gecəni imtahan səbəbiylə böyük həyəcanla keçirdiyini ifadə edərək, bura qədər gələ bilməyin çox gözəl hiss olduğunu söyləib. “Mən qərarlıyam, bu gün buradayam” İmtahan verərək məqsədinə çatdığını bildirən Önürme hər kəsə nümunə olmaq üçün əzmkarlığından söz açıb.Ordulu Güneş nine, hayalini kurduğu lise diplomasına 84 yaşında kavuştu

Önürme uşaqlıqda yarımçıq qalan təhsil macərasına 2013-cü ildə başladığını xatırladaraq, “Mütləq universitet imtahanına girəcəyəm” demişdi. Dedim və dözdüm. Bu gün buradayam, inşallah uğur qazanaram”. deyə, sevincini ifadə edib. “Hər kəsin belə olmasını istərdim” Oxumaq sevgisinin içindən gəldiyini açıqlayan Önürme, “Mesudiye tələbəsi olaraq oxuduğum və bu imtahana girdiyim üçün qürur duyuram. Qərarlıyıq. İstərdim ki, hər kəs belə olsun”. deyib. İmtahanda müvəffəqiyyətli olmaq üçün, əlindən gələni edəcəyini vurğulayan Önürme gənc tələbələrlə də eyni həyəcanı yaşadığını  paylaşmaqdan xoşbəxt olduğunu bildirib. O, təsviri incəsənət fakültəsində təhsil almaq istəyir. İmtahandan keçəcəyi təqdirdə Gözəl Sənətlər Fakültəsində təhsil almağa hazırlaşacağını açıqlayan Güneş Önürme, “Sənətə böyük marağım var. Əvvəldən Gözəl Sənətlər Fakültəsində oxumaq xəyalım var idi. Ümid edirəm ki, aldığım xala görə bu, aydın olacaq”.  “Məni görən bir çox gənc yenidən məktəbdə oxumaq üçün təhsilə başlayıb”.Ordu'da 84 yaşındaki Güneş Önürme, üniversite sınavına girdi - Pes Haber

Önürme gənclərə də tövsiyələr verib, “Hər kəs oxusun. Oxumaq çox gözəldir. Oxuyaraq özümü inkişaf etdirdim. Məni Mesudiyədə görən bir çox gənc yenidən məktəbə başlayıb. Gənclər hərdən mənə deyirlər ki, səni görəndən sonra, əzmimiz artıb. Hətta, məktəbə yenidən qeydiyyatdan keçənlər olub”, – deyə o bildirib.

18 nəvəsi olan Günəş Önürmə ifadəsindən sonra, şəxsiyyət yoxlamasından keçərək imtahan binasına aparılıb.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »