Super Liqanın ulduzuna bıçaqlı hücum! Evli qadınla əlaqədə…

0

Ötən mövsüm Super Liqa komandalarından olan “Fatih Karagümrük”də icarə əsasında çıxış edən ulduz futbolçu Yann Karamoh bıçaqlı hücuma məruz qalıb. İvuarlı futbolçuya hücumun onun evli qadınla olması ilə bağlı olduğu bildirilir.

Fatih Karagümrükə “Parma”dan icarə əsasında keçən və diqqətçəkən çıxış edən Yann Karamohda xoşagəlməz hadisə yaşanıb.

HÜCUM EDİLDİ

La Parisien-in xəbərinə görə, Yann Karamohun döyülməsi zamanı ortaya çıxan və sosial mediada yayılan görüntülərin təfərrüatları bəlli olub. Yann Karamohun yanaq sümüyünün hücumçu tərəfindən qırıldığı, gözü və çənəsinə ağır zərbələr aldığı öyrənilib.

Yann Karamoh açıqlamasında “Qürurum və ailəm var, bu görüntülər ömür boyu mənimlə qalacaq. Onun bir əlində bıçaq var idi, digəri ilə də davamlı olaraq məni vururdu” deyib.

HÜCÜM EDƏN SAXLANILIB

Hücumu həyata keçirən şəxsin tutularaq, Fransanın Nanterre məhkəməsinə gətirildiyi və 20 ay həbs cəzasına məhkum edildiyi açıqlanıb.

Başqa bir xəbərdə Yann Karamohun evli qadınla birlikdə olduğu və qadının əri tərəfindən döyüldüyü bildirilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »