Ermənistanın xarici işlər naziri Avropa Şurasının baş katibi ilə görüş keçirib

0

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan cümə günü Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç ilə konfidensial danışıqlar aparıb, daha sonra geniş tərkibdə görüş keçirilib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mariya Peyçinoviç-Buriç iyunun 16-da Ermənistana iki günlük rəsmi səfərə gəlib. Həmin gün onu ER baş naziri Nikol Paşinyan qəbul edib. Tərəflər Ermənistandakı xarici və daxili siyasi vəziyyət, regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparıblar. Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın fəaliyyətinə və sülh gündəliyinə Ermənistanın yanaşmalarını təqdim edib.

O, regionda sülh və sabitliyə təhlükə yaradan təxribat xarakterli bəyanatlara və hərəkətlərə beynəlxalq ictimaiyyətin məqsədyönlü reaksiyasının vacibliyini qeyd edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »