Nazirlik: 112 ton qızıl olan yatağın 76 faizi Azərbaycan ərazisindədir

0

Zod qızıl yatağının (Kəlbəcər) 76 faizi Azərbaycan ərazisindədir, 24 faizi isə Ermənistan ərazisində yerləşir.

Bunu ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev APA-nın sualına cavab olaraq bildirib.

O qeyd edib ki, yataqda ilkin olaraq 112 ton qızıl ehtiyatı var və gələcəkdə bu ehtiyatların yenidən qiymətləndirilməsi mümkündür:

“İşğal dövründə ciddi şəkildə istismar həyata keçirilib. Ziyan hazırda qiymətləndirmə mərhələsindədir. Proses bitdikdən sonra qalıq ehtiyatlar hesablanacaq və dövlət tərəfindən, yaxud hər hansısa bir şirkət tərəfindən işlərə başlanılacaq”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »