Bakıda hoteldə kişi həyat yoldaşını bıçaqlayıb

0

İyunun 4-ü saat 00:00-da Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Rüqayyə Abdullayevanın paytaxtın Nəsimi rayonu, L.Tolstoy küçəsində yerləşən “Citadel” oteldə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İctimairey.az xəbər verir ki, Nəsimi rayon prokurorluğundan  verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Tərlan Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək, Rüqayyə Abdullayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Tərlan Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.Report

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »