Dünya uşaqlarına Sülh və əminamanlıq, can sağlığı, işıqlı zəka, xoş gələcək arzu edirik.. 1-İYUN Usagların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə dünya uşaqlarını hər bir insan öz imkanı səviyyəsində təbrik edib. Şəhid, Qazi övladları, valideyin himayəsindən məhrum, imkansız uşaqları öz doğma övladları kimi əzizləyib sevindirən, həyatın sevincini gül balalara daddıran mərhəmətli insanlar isə çox oldu.
Ağılı ilə mərhəməti üst-üstə düşən insanlar müdirik insanlardı. Belə insanlar Allahın seçilmiş bəndələri sayılırlar. Onlar üçün doğma və ya yad fərqi yoxdur. Yetər ki, öz pozitiv enerjisindən hər kəsə sevinç payı bəxş etsin.
01.06.2022ci il tarixində “Hər uşaq bir mələkdir”-devizi altında HÜNER MTKnın rəhbərliyi tərəfindən Nəsimi rayonu 20yanvar 215/217 ünvanında uşaqlara bəxş edilən sevincin həddi-hududu yox idi. HÜNER MTKnın rəhbərləri Mövlan müəllim Hacıyev və Əyyub müəllim Qarayev birlikdə xoşməramlı bir qərar qəbul etdilər. Xeyirxah insanların məqsədi: Böyüklü-kiçikli bütün region uşaqlarını bir yerə toplayıb, onlara sevinc dolu gözəl bir gün bəxş etmək. Bu missiya nəticəsində MTK.nın mühasibatçısı, qəlbi də özü kimi gözəl olan Ələviyyə xanım Məhərrəmova təşkilatçılığı öz öhdəsinə götürərək, mühafizəçi Rəsul Əsədov ilə birlikdə yüksək səviyyədə uşaqların təhlükəsizliyini təmin etməklə, belə gözəl bir şənliyə imza atdılar. Təşkil olunan şənliyin maya dəyərini deyə bilmərəm, amma… uşaqlara düşən sevinc payı dünyalara dəyərdi.
Ünvandakı yaşayış kompleksində yerləşdirilmiş uşaq atraksionları, klon və cizgi film qəhrəmanlarının oyunları, klon tərəfindən uşaqlara verilən hədiyyələr, yüksək səs tonuna malik musiqi aparaturaları hər kəsi özünə valeh edirdi. Bu heyranlıq hətta valideyinlərin gözlərindəki sevinc qığılcımından da bəlli olurdu.
Allah butun dünyada yaşayan gül balaları qorusun… Üzlərindən hec zaman gülüş eskik olmasın. Bu gülüşləri onlara bəxş edən HÜNER MTK.nın rəhbərliyinə və təşkilatçılara xalqımız adından təşəkkür edirik.
HÜNER MTK Rəhbərliyi xeyirxah və mərhəmətli əməlləri ilə Dövlətə və millətə dəsdək olduqlarını bir daha sübut etdilər.
Biz də İCTİMAİREY.az xəbər portalı rəhbərliyi adından HÜNER MTK. kollektivinə sevdikləri ilə birlikdə xoşbəxtlik, sevinc və səadət dolu günlər arzu edirik.