Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Təzəkənd kənd tam orta məktəbində narkomaniyanın fəsadlarından bəhs edən maarifləndirmə tədbiri keçirilib.
İctimairey.az xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətindən bildirilib ki, tədbirdə narkomaniya və onun fəsadları ilə bağlı şagirdlərə geniş məlumatlar verilib. “Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemlər diqqətə çatdırılıb. Qeyd edilib ki, narkomaniyanın yayılmasının qarşısının alınması məqsədi ilə təhsil işçiləri və valideynlər hüquq-mühafizə orqanları ilə birgə mübarizə aparmalıdırlar.
Sonda şagirdlərə dərslərinə ciddi yanaşmaları, cəmiyyətimiz üçün faydalı işlər görmələri tövsiyə olunub.