Rusiya və Ukrayna arasında müharibəyə uzaqdan müdaxilə edən Aİ və ABŞ bir çox rus oliqarxlarına qarşı sanksiya tətbiq etmək qərarına gəlib. Məlum olub ki, bu adlardan biri, “Rusiyanın ikinci ən zəngin adamı” kimi tanınan Leonik Mixelson 150 milyon dollarlıq yaxta ilə Türkiyəyə gedib
Rusiyanın ikinci ən varlı adamı kimi tanınan rus oliqarx Leonid Mixelsonun 2 həftədir yoxa çıxan 150 milyon dollarlıq lüks yaxtası Türkiyədə peyda olub..
İki həftədir yer məlumatını yeniləməyən və Baham adalarından Barselonaya getdiyi bilinən Mikhelsonun lüks yaxtası Pacific Türkiyəyə gəlib.
ABŞ və Avropa Birliyi ölkələri sanksiyalar tətbiq etdikdən sonra, rus oliqarxları öz gəmilərini və sərvətlərini sanksiyalardan xilas etməyə çalışıblar. Bildirilib ki, təxminən bir ay 7 min dəniz mili qət etdikdən sonra, Pacific adlı lüks qayıq Marmarisə çatıb.
Beynəlxalq dəniz qanunlarına görə, avtomatik yerləşdirmə sistemini söndürərək gizli şəkildə okeanı və açıq dənizi keçən 85 metr uzunluğundakı lüks yaxta beləliklə sanksiyanı deşməyi bacarıb.
Fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra, ABŞ, İtaliya və digər Avropa hökumətləri onlarla dəbdəbəli yaxta ələ keçirib və təxminən 2,3 milyon dollar dəyərində avtomobil ələ keçirib.
Milyarderlər Aleksandr Abramov, Roman Abramoviç və Oleq Deripaskanın milyonlarla dollarlıq yaxtaları bir müddət əvvəl Türkiyənin ərazi sularına daxil olub.