İran İnqilab Keşikçiləri Ordusunun komandiri evində ölü tapılıb

0

 İran İnqilabı Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanlarından olan polkovnik Əli İsmayılzadə Kərəc şəhərindəki evində ölü tapılıb. İnqilab Keşikçiləri Ordusunun komandirlərindən olan polkovnik Həsən Seyyad Hodayi ötən həftə paytaxt Tehranda evinin qarşısında qətlə yetirilib.

İran dövlət televiziyası İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandirlərindən olan polkovnik Əli İsmayılzadənin evində ölü tapıldığını açıqlayıb.

Dövlət televiziyası İnqilab Keşikçiləri Ordusuna əsaslanaraq verdiyi xəbərdə polkovnik İsmayılzadənin paytaxt Tehran yaxınlığındakı Kərəc şəhərindəki evində ölü tapıldığını bildirib. Xəbərdə İnqilab Keşikçiləri Ordusunun polkovnik İsmayılzadənin sui-qəsd nəticəsində öldüyünə dair iddiaları təkzib etdiyi, iqamətgahında qəza nəticəsində öldüyü bildirilən polkovnikin ölümü ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

İSRAİL TÜRKİYƏYƏ XƏBƏRDARLIQ EDİB

İran İnqilab Keşikçiləri Ordusunun komandirlərindən olan polkovnik Həsən Seyyad Xodayi ötən həftə paytaxt Tehranda evinin qarşısında iki motosikletli hücumçu tərəfindən öldürülüb.

İranın günahlandırdığı İsrail öz vətəndaşlarına İranın cavab verə biləcəyini bildirərək, “Türkiyəyə getməyin” xəbərdarlığını etmişdi.

İsrail mətbuatı İnqilab Keşikçiləri Korpusunun Səyyad Hodayinin öldürülməsində içəridən birinin rolundan şübhələndiyini və araşdırılan adlar arasında İsmayılzadənin də olduğunu yazıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »