Azərbaycanın veteran cüdoçuları Avropa çempionatının birinci günündə 6 medal qazanıblar- FOTO

0

Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında Avropa çempionatı start götürüb.

İctimairey.az xəbər verir ki, veteran cüdoçularımız qitə çempionatının birinci yarış gününü 6 (2 qızıl, 2 gümüş və 2 bürünc medal) medalla başa vurublar. Belə ki, qızıl medalları komandamızın aktivinə 90 kiloqram çəki dərəcəsində Fərhad Rəcəbli (M7) və Mübariz Cəfərov (M5) yazdırıblar. Müşviq Cəfərov (M5, 73 kq), Qabil Qasımov (M6, +100 kq) gümüş, Natiq Qasımov (M6, 81 kq) və Şamil Sövzəliyev (M8, 81kq) bürünc medal qazanıblar.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »