Facebook rəhbərliyində zəlzələ! Rəsmi olaraq ayrılır- FOTO

0

Facebook-un startapdan nəhəng şirkətə çevrilməsində böyük rol oynayan və 14 il Meta-da çalışan Şeryl Sandberq şirkətdən ayrılmaq qərarına gəldiyini açıqladı.

Keçən il strukturunu dəyişərək Meta dam şirkətini quran və Facebook, Instagram, WhatsApp kimi platformaları olan şirkətdə böyük zəlzələ baş verib…

İctimairey.az-ın xəbərinə görə, “Facebook”un yaranması zamanı platformanın qurucusu Mark Zukerberqə dəstək verən və şirkətin sürətli böyüməsində payı olan Əməliyyatlar üzrə Baş Müdir müavini Sheryl Sandberg şirkətdən ayrılmaq qərarına gəldiyini açıqlayıb.British Medical Journal обвинил Facebook в цензуре в отношении исследований  о вакцинации • Digital Tales Media

14 ildir şirkətdə çalışan Sandberqin bütün diqqətini ailə və xeyriyyə işlərinə yönəltmək istədiyi bildirilir. 52 yaşlı Sanberqin Metanın idarə heyətində fəaliyyətini davam etdirəcəyi bildirilib.

Sandberqin payızda vəzifəsini rəsmən tərk edəcəyi bildirilir, onun yerinə Xavyer Olivanın gələcəyi qeyd edilir. Keçən il 120 milyard dollar gəlir əldə edən Facebook-un arxasında duran adlardan biri və şirkətin qurucusu və CEO-su Mark Zukerberqdən sonra ən məşhur ad olan Sandberq 2013-cü ildə “Lean In” adlı kitab da nəşr etdirib.

Sandberq, “Bu qərarı vermək asan olmadı, 14 il keçib. Amma xeyriyyə işlərinə və fonduma daha çox vaxt ayırmaq istəyirəm”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »