Atatürk parkında 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi – FOTOLAR

0

Nərimanov rayon İcra Hakimiyyətinin təşəbbüsü, BUTA körpələr evi – uşaq bağçasının təşkilatçılığı ilə Atatürk parkında 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan BUTA körpələr evi – uşaq bağçasının rəhbəri Günay Ağamalı tədbir iştrakçılarını salamlayıb, firəvan Azərbaycanın fidanlarını təbrik edib, onların daim dövlətimiz tərəfindən diqqət və qayğı mərkəzində olduqlarını önə çəkib. Tədbirdə Şəhid və Qazi övladları iştrak edib.

Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Abşeron rayon İcra Hakimiyyətinin yanında İctimai Şuranın sədri Elçin Quliyev, Milli Məclisin deputatı Fəzail Ağamalının köməkçisi Xidmət Orucov çıxış edərək uşaqları təbrik ediblər, yetişən Azərbaycan nəslinin vətənpərvər ruhda böyüməsində BUTA bağçanın fəaliyyətini diqqətə çatdırıblar.

Tədbirdə istedadlı şair Emin Bayramlı yazdığı şeirlə uşaqları təbrik edib. Buta bağçanın fidanları müxtəlif rəqs, mahnı nömrələri ilə tədbir iştrakçılarını salamlayıb, tədbirdə iştrak edən dostlarını təbrik ediblər. Sonda tədbir Azərbaycanın qüdrətli, əzəmətli bayrağını tərənnüm edən rənglərdən ibarət şarların səmaya göndərilməsi ilə sona çatıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »