SON DƏQİQƏ: Bakıda güclü yanğın başladı – VIDEO

0

Bakıda güclü yanğın başlayıb.

İctimairey.az xəbər verir ki, hadisənin kadrları sosial şəbəkələrdə paylaşılıb. Yanğının Nərimanov rayonu ərazisində, “Ulduz” metrosunun yaxınlığındakı istehsal müəssisələrindən birində baş verdiyi bildirilir.

Qeyd edək ki, miqyası geniş olduğu üçün yanğının tüstüsü şəhərin bir çox yerindən görünür.

Qeyd olunur ki, əraziyə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Narimanov rayonu ərazisində sexdə yanğın olması barədə məlumat daxil olub.

Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »