Gəncə şəhərində beş mərtəbəli binada baş vermiş yanğın söndürülüb.

0

İctimairey.az  FHN-in Mətbuat Xidmətinin məlumatına görə bildirir ki, Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsi, bina 9,  mənzil 20-də (ümümi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə) baş vermiş yanğın artıq söndürülüb.

Hadisə yerinə 8 yanğınsöndürən avtomobili cəlb olunub. Yanğının qaz sızmasından yaranmış partlayış nəticəsində baş verdiyi bildirilir.

Hadisə yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun meyiti aşkarlanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »