Putinə qarşı çevriliş yenidən gündəmə gəlib: “Kreml artıq onu kimin əvəz edəcəyini düşünür”

0

Rusiyanın Ukraynaya təcavüzündən sonra, Rusiyanın yüksək vəzifəli şəxsləri və elitasının prezident Putini istefaya göndərmək və yerinə başqasını gətirmək istədikləri iddia edilir. Rusiyada yüksək səviyyəli şəxslərin Putin administrasiyası və müharibədən son dərəcə narahat olduğu bildirilsə də, iddiaları gücləndirəcək xəbərlər Cenevrədən gəlib.

Rusiyanın Ukraynaya təcavüzünün 3-cü ayı geridə qalarkən, Rusiya prezidenti Putinə qarşı çevriliş iddiaları yenidən gündəmə gəlib.

Rusiya mətbuatının Kremldəki mənbələrə istinadən verdiyi xəbərə görə, yüksək səviyyəli rusiyalı məmurların Putinsiz bir hökumət planlaşdırdığı iddia edilir.

Rusiyanın Ukraynanı işğal etməsindən üç ay sonra hökumətdəki mənbə Rusiya-Latviya kanalı Meduza-ya deyib ki, Kreml rəsmiləri və Rusiya elitası arasında “Putindən razı qalan yoxdur”.

“İş adamları və bir çox hökumət üzvləri Putinin sanksiyaların miqyasını nəzərə almadan müharibəyə başlamasından narazıdırlar. Çünki bu sanksiyalarla yaşamaq mümkün deyil”. Rusiya kanalı xəbərin daha sonra iki hökumət rəsmisi tərəfindən təsdiqləndiyini açıqlayıb.

Rusiya kəşfiyyatı da iştirak edir

İddialara görə, Rusiya kəşfiyyat icmaları da Putinin Ukrayna müharibəsində səriştəsizliyinə əmin olublar. Ukraynanın casusluq agentliyinin rəhbəri Putinin sui-qəsd cəhdindən sağ çıxdığını və çevrilişlə bağlı narahatlıqlar səbəbindən özünü daha da təcrid etdiyini bildirib.Kremlin şimdiden yerini kimin alacağını seçmeye çalışıyor ‘Rusya'nın geleceğinde Putin yok'

Ötən gün BMT-nin Cenevrədəki ofisində yüksək rütbəli rusiyalı diplomatın da Ukraynanın buna səbəb olan işğalını əsas gətirərək, istefa verdiyi bildirilir. Bu məlumatın ortaya çıxması, bir çox rus diplomatının müharibəni dəstəkləmədiyi iddialarını da gücləndirib.

41 yaşlı Boris Bondarev 20 illik diplomatik xidmətdən sonra, bazar ertəsi səhər istefa verdiyini elan edərkən, onun “ölkəsindən heç vaxt bu qədər utanmadığını” bildirən məktub göndərdiyi müəyyən edilib.

Putinin erkən uğursuzluqlardan sonra, Rusiyanın daxili təhlükəsizlik agentliyi olan FSB-ni Ukraynada kəşfiyyat məlumatlarının toplanmasına cavabdeh olan aparıcı qurum kimi vəzifəsindən azad etdiyi və onun yerinə hərbi kəşfiyyat agentliyi BKİ-nun (Baş Kəşfiyyat İdarəsi) gətirildiyi də iddia edilir.

Sui-qəsd cəhdindən qaçmaq

Digər tərəfdən, Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat direktoru, general-mayor Kirilo Budanov dünən Putinin hər hansı sui-qəsd cəhdindən qaçmaq üçün, tabeliyində olanlarla sıx əlaqəni kəsdiyini bildirib.

General-mayor Kirilo Budanov Ukrayna mətbuatına açıqlamasında deyib: “Onun bəzi manik sindromlarını nəzərə alaraq, Putin mümkün varisdən qorxur və bunu açıq-aydın bilir. Beləliklə, hər kəsi bir məsafədə saxlayır. Və o, əbədi hökmranlıq edəcəyinə inanır. Amma olmayacaq. 20-21-ci əsrlərdə istənilən diktatorun tarixinə baxın. Hamısının sonu eynidir. Əksər hallarda onlar öz iradələrinə zidd olaraq ölüblər”. deyib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »