ABŞ prezidenti Co Bayden vəzifəyə gəldikdən və Asiyaya ilk səfərini başa vurduqdan bir gün sonra, müttəfiqlərin köməyi ilə Pxenyanı cilovlamaq məqsədilə, Cənubi Koreya ordusu çərşənbə günü Şimali Koreyanın şərq sahillərinin birindən qitələrarası mənzilə malik olduğu güman edilən, üç ballistik raketi atdığını bildirilir.
Hərbçilərin sözlərinə görə, qitələrarası ballistik raket olduğu güman edilən ilk mərmi səhər saat 6:00 radələrində, daha ikisi isə, səhər saat 6:37 və 6:42-də Pxenyanın Sunan bölgəsindən buraxılıb.
İki raketdən biri qısa mənzilli ballistik raket sayılır, digəri isə təxminən 20 kilometr yüksəkliyə çatdıqdan sonra radarlardan itib.
Yaponiyanın müdafiə naziri Nobuo Kişi və Tokiodakı digər rəsmilər bildiriblər ki, raketlər ölkənin eksklüziv iqtisadi zonasından kənara düşüb və gəmilərə və ya təyyarələrə dəyən ziyanla bağlı heç bir məlumat yoxdur.
Yaponiya hökuməti əlavə edib ki, ilk raket təxminən 550 km maksimum hündürlüklə təxminən 300 km uçub, 50 km yüksəkliyə çatan ikinci raket Şimali Koreyanın şərqindəki sulara düşməzdən əvvəl təxminən 750 km uçub, mərminin üçüncü buraxılışını öyrənir.