SON DƏQİQƏ: İrəvanda müxalifətçilər metronu dayandırdılar- FOTO

0

İrəvanda etiraz aksiyaları gərginləşməkdə davam edir. Müxalifət metronun hərəkətini əngəlləyib.

Mayın 18-də səhər saatlarında Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət İrəvanda etiraz aksiyalarını bərpa edib. Etirazçılar nəqliyyatın hərəkətini iflic etmək üçün küçələri bağlayırlar.Транспортное движение в столице Армении парализовано

Hazırda İrəvan metrosunun “Yeritasardakan” (Gənclər) stansiyasında qatarın qapılarını tutan fəallar qatarın hərəkətinə mane olur və hökumət əleyhinə şüarlar səsləndirirlərНикол - предатель!": протестующие в Ереване парализовали работу метро

Polis etirazçıları həbs etməyə başlayıb. Artıq 280-ə yaxın adam saxlanılıb. Bundan əvvəl polisin 73 nəfəri saxladığı bildirilmişdi, lakin etirazçılar saxlanılanları daşıyan avtobusu saxlayıb və polisi onları buraxmağa razı salıblar.

Xatırladaq ki, aprelin 25-dən Ermənistanda müxalifət etiraz aksiyaları keçirir. İştirakçılar baş nazir Nikol Paşinyanın siyasətinə qarşı çıxır və onun istefasını tələb edirlər. Müxalifətçilər əmindirlər ki, hakimiyyətin siyasəti ölkəni dövlətçiliyin itirilməsi ilə hədələyir və tanınmamış Dağlıq Qarabağ Respublikasının mövcudluğuna təhlükə yaradır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »