SON DƏQİQƏ: Kadırov Qərb ölkələrindən üzr istəməsini tələb edib

0

Qərb ölkələri Rusiyadan üzr istəməli və ondan bütün sanksiyaları götürməlidir. Bunu Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “Bilik” cəmiyyətinin təşkil etdiyi “Yeni üfüqlər” marafonunda deyib.

“Bizi yıxıb, diz çökdürmək olmaz. Onlar etiraf etməli, üzr istəməli və Rusiyaya qarşı bütün sanksiyaları ləğv etməlidirlər”, – Kadırov bildirib.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə xüsusi əməliyyatın başlamasından sonra tətbiq edilib. Rusiya prezidenti Vladimir Putin deyib ki, Qərb sanksiyalarının məqsədi “Rusiyanı ləğv etmək”dir. Prezident vurğulayıb ki, sanksiyalar dövründə vətəndaşlar dövlətin dəstəyindən kənarda qalmayacaq.

Kadırov Rusiyadakı səfərbərlikdən də danışıb

Rusiyada səfərbərlik elanını gözləməməlisiniz – özünüz prezidentin ətrafında “səfərbərlik” etməlisiniz. Onun çıxışı cəmiyyətin VKontakte sosial şəbəkəsindəki səhifəsində canlı yayımlanıb.

Kadırov səfərbərlik elanını gözləmədən Rusiyanın təhlükəsizliyi üçün ayağa qalxmağa çağırıb.

“Mənə çoxlu suallar verilir: “Səfərbərlik olacağı doğrudurmu?” Mən isə cavab verirəm ki, heç kim səfərbərlik elan etməsin. Biz səfərbər olmalı və birləşməli, prezidentimizin ətrafında dayanıb dövlətimizin təhlükəsizliyini təmin etməliyik”, – Kadırov bildirib.

Çeçenistan rəhbəri əlavə edib ki, onun fikrincə, prezidentin ətrafında birləşmək vətənpərvərlikdir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »