Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasını əngəlləməklə hədələyir

0

Türkiyə prezidenti Finlandiya və İsveçin NATO-ya üzv olmağa çalışacaqlarını dedikdən bir neçə saat sonra, bir daha onun əleyhinə olduğunu bildirib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, iki Skandinaviya ölkəsi NATO-nun əsas üzvü olan Türkiyəni öz təkliflərinə inandırmaq üçün, nümayəndə heyətləri göndərməklə məşğul olmamalıdır.

O, onların kürd döyüşçüləri qəbul etməyə hazır olduqlarına görə qəzəblənir.

Bütün NATO üzvlərinin dəstəyi olmadan, İsveç və Finlandiya hərbi alyansa qoşula bilməz.

Bazar ertəsi İsveç Rusiyanın Ukraynaya təcavüzünə işarə edərək, Avropanın təhlükəli yeni reallıqda yaşadığını bildirib.

Rusiya prezidenti Vladimir Putin Finlandiya və İsveçin 30 üzvlü hərbi ittifaqa qoşulma qərarının Moskvanı birbaşa təhdid etmədiyini deyib, lakin hərbi infrastrukturun istənilən genişlənməsinin Kremlin əks reaksiyasına səbəb olacağını vurğulayıb.

Bazar ertəsi keçirilən mətbuat konfransında Ərdoğan Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlük təkliflərinə qarşı olduğunu bildirib və İsveçi terror təşkilatları üçün “qaynar yuva” adlandırıb.

“Bu ölkələrin heç birinin terror təşkilatlarına qarşı aydın və açıq münasibəti yoxdur. Biz onlara necə inanaq?” Türkiyə prezidenti bildirib.

Türkiyə iki Skandinaviya ölkəsini terror təşkilatı hesab etdiyi Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərinə və Ankaranın 2016-cı ildə dövlət çevrilişi cəhdini təşkil etməkdə ittiham etdiyi Fətullah Gülənin tərəfdarlarına sığınacaq verməkdə ittiham edib.

Bütün üzv dövlətlər yeni ölkənin NATO-ya üzv ola biləcəyi ilə razılaşmalıdırlar, buna görə də İsveç və Finlandiyanın hərbi alyansa qoşulması üçün, Türkiyənin dəstəyinə ehtiyacı var.

Ərdoğan bildirib ki, İsveç və Finlandiya nümayəndə heyətləri Türkiyənin paytaxtı Ankaraya səfər edərək, onu NATO-ya üzv olmaq üçün, müraciətlərini təsdiqləməyə razı salmağa əziyyət çəkməsinlər.

Onun hökuməti həmçinin ona qarşı sanksiyalar tətbiq edən ölkələrin müraciətlərini bloklamağa söz verib.

2019-cu ildə hər iki Skandinaviya ölkəsi Ankaranın Suriyaya müdaxiləsindən sonra, ona silah embarqosu qoyub.

Bazar ertəsi Helsinkidə parlamentdə çıxış edən Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Türkiyənin bu mövqeyindən təəccübləndiyini, lakin hökumətinin Ərdoğanla “bazarlıqda” maraqlı olmadığını bildirib.

Ötən həftə Finlandiya NATO-ya üzv olmaq niyyətini rəsmən bəyan edib.

Qonşu İsveç şənbə günü qoşulub və Skandinaviya xalqı üçün əsrlər boyu davam edən hərbi birləşməyə son qoyub.

Baş nazir Maqdalena Andersson bazar ertəsi brifinqdə deyib: “NATO İsveçi, İsveç NATO-nu gücləndirəcək”.

O, Rusiyanın Ukraynaya təcavüzünə toxunaraq bildirib ki, Avropa indi təhlükəli yeni reallıqda yaşayır.

Xanım Andersson bazar ertəsi Stokholmda keçirilən debat zamanı qanunvericilərə deyib: “Biz bir eranı tərk edib yeni era daxil oluruq”.

O, rəsmi müraciətin bir neçə gün ərzində edilə biləcəyini və Finlandiya ilə sinxronlaşdırılacağını söylədi. NATO iki yeni üzvü qəbul etməyə hazır olduğunu bəyan edib.

Bununla belə, xanım Andersson vurğulayıb ki, İsveç öz ərazisində daimi NATO bazaları və ya nüvə silahı istəmir.

Norveç, Danimarka və İslandiya – bütün NATO üzvləri – hücuma məruz qaldıqları təqdirdə İsveç və Finlandiyaya bütün lazımi vasitələrlə dəstək verməyə hazır olduqlarını dərhal bəyan ediblər.

NATO üzvü olan Britaniya artıq keçid dövrü üçün İsveç və Finlandiyaya təhlükəsizlik zəmanəti verib.

İsveçin bazar ertəsi bəyanatı NATO-nun Baltikyanı regionda 15 minə yaxın hərbçinin iştirak etdiyi ən böyük təlimlərindən birinə başladığı bir vaxtda verilib. Estoniyada keçirilən “Kirpi” adlı təlimlərdə Finlandiya və İsveç də daxil olmaqla 10 ölkə iştirak edir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »