SON DƏQİQƏ! Ukrayna Müdafiə Nazirliyi təcili açıqlama yaydı: Rus qoşunları.

0

“Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır. Rusiya aviasiyası şərq əməliyyat zonasında mülki və hərbi infrastruktura və Ukraynanın dərinliklərindəki sənaye obyektlərinə zərbələr endirib”.

IctimaiRey.az   xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Volın və Polissya istiqamətlərində düşmən fəal hərəkətə keçməyib. Belarus Silahlı Qüvvələrinin müəyyən hissələri Ukrayna-Belarus sərhədinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir. Sərhəd zolağında, xüsusilə Ukrayna ərazisində mobil radiomonitorinq kompleksinin fəaliyyəti qeydə alınıb. Severski istiqamətində qarşı tərəf Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədində nəzarəti gücləndirib. Xarkov istiqamətində isə düşmən əsas səylərini mövqelərini qorumağa yönəldib. Qarşı tərəfin hava kəşfiyyatı davam edir”, – qurumdan bildirilib.

Rəsmi informasiyaya əsasən, Mariupolda Rusiya qoşunları kütləvi artilleriya və hava zərbələrini davam etdirir: “Qarşı tərəfin əsas səyləri “Azovstal” ərazisindəki müdafiə qüvvələrimizi məğlub etməyə yönəlib. Ötən gün düşmənin 11 hava hədəfi vurulub. Onlardan 2-si helikopter, 7-si PUA, 2-si qanadlı raketdir.

Son 24 saat ərzində Donetsk və Luqansk istiqamətlərində düşmənin 17 hücumu dəf edilib. Həmçinin 3 tank, 1 artilleriya sistemi, 6 zirehli döyüş maşını və 1 nəqliyyat avtomobili məhv edilib. Şəxsi heyətin itkiləri dəqiqləşdirilir”.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »