Qrip zamanı antibiotikdən uzaq durun

0

Bəzən deyirlər ki, qrip olanda antibiotik qəbul etmək xəstəliyi sağaldır. Bu, tamamilə yanlış yanaşmadır. Həkimlər bildirirlər ki, qrip və digər infeksiyaların müalicəsində antibiotik tərkibli dərmanlar təyin edilə bilməz.

Həkim-terapevt Yeganə Cəfərova deyib: “Qrip kompleks müalicə və istirahət tələb edir. Xəstədə hərarət varsa, temperaturu aşağı salmaq üçün preparatlardan istifadə edilməli, immuniteti yüksəldən digər üsullar tətbiq olunmaqla ağırlaşmanın qarşısı alınmalıdır. Antibiotiklərdən qripin ağırlaşması zamanı yaranan pnevmokoklara qarşı mübarizə aparmaq üçün istifadə olunur”.

Antibiotiklər virusa təsir etmir. Onlar yalnız bakterial infeksiyalar zamanı səmərəli təsir göstərir. Qrip və virus zamanı vitaminlərdən istifadə edərək immun sistemi gücləndirmək daha məqsədəuyğundur.

Həkim-infeksionist Elvin Ağayev deyib: “Ümumiyyətlə, farmakoloji olaraq antibiotik preparatların virus xəstəliklərinə təsirinin izahı yoxdur. Bununla yanaşı, şəxsi praktikada və tibbi ədəbiyyatda müəyyən hallarda antibiotik dərmanlardan sonra virus xəstəliklərinin gedişatında müsbət dəyişikliklər müşahidə olunur. Lakin onun səbəbi hələ aydınlaşdırılmayıb”.

Mütəxəssislər deyirlər ki, qrip olanda çoxlu maye qəbulu vacibdir. Bundan başqa hərarət yüksək olduqda xəstə mütləq yuxu rejiminə diqqət yetirilməlidir. Qrip zamanı, həmçinin ət və ağır zülallı qidalardan imtina etmək lazımdır.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »