Zelenski Putinlə danışıqlara hazır olduğunu açıqlayıb: Bir şərtlə!

0
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə “vasitəçilərsiz” danışıqlara hazır olduğunu bildirib.
Ictimairey.az xəbər verir ki, bu barədə Ukrayna liderinin Rai 1 telekanalına müsahibəsində vurğulayıb.
“Mən Putinlə danışmağa hazıram. Ancaq yalnız onunla. Heç bir vasitəçi olmadan. Həm də ultimatum şərtləri ilə deyil, dialoq şərtləri ilə”, – Zelenski bildirib.
Eyni zamanda, Ukrayna prezidenti qeyd edib ki, keçmişdə Rusiya ilə “masa arxasında şərabla” dialoq aparmağın mümkün olduğu mərhələ olub və indi vəziyyətin həlli üçün tərəflərə praqmatik yanaşma lazımdır.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada xüsusi əməliyyatın başladığını elan edib. Prezident onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb. Bunun üçün, onun fikrincə, “Ukraynanın demilitarizasiyası və denazifikasiyası” həyata keçirilməlidir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »