“Pis fikir”: Ərdoğan İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı deyib

0

Türkiyə Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulmaq istəyinə hələlik müsbət baxa bilmir, ölkə Stokholm və Helsinkinin NATO-ya qəbulu ətrafında gedən prosesləri diqqətlə izləyir, deyə dövlət rəhbəri Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz prosesi izləyirik. Amma bizim bu məsələdə müsbət rəyimiz yoxdur. Çünki, bundan əvvəl Yunanıstanla bağlı səhv olub. Yunanıstanın Türkiyəyə qarşı ittifaqdakı davranışından xəbəriniz var. Biz Türkiyə olaraq, ikinci səhvə yol vermək istəmirik”, – deyə Ərdoğan bildirib.

O əlavə edib ki, Skandinaviya ölkələri bəzən “terrorçulara qarşı qonaqpərvər münasibət” nümayiş etdirir və onları parlamentə buraxırlar. Ona görə də, Türkiyə hələlik bu qərara müsbət baxa bilməz”, – deyə prezident yekunlaşdırıb.

Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski ərəfəsində bildirib ki, Finlandiya və İsveçin NATO-ya daxil olması və Alyansın qüvvələrinin iki dövlətin ərazisinə yerləşdirilməsindən sonra, hər iki ölkə Rusiya Silahlı Qüvvələrinin hədəfinə çevrilə bilər. O vurğulayıb ki, Finlandiya və İsveç tərəfləri hərbi-siyasi bloka qoşulduqdan sonra, Rusiya Federasiyası buna cavab olaraq, “güzgü tədbirləri” tətbiq etmək məcburiyyətində qalacaq.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »