Tovuzda dəhşəti qətl: Həmkəndlisini birbaşa ürəyindən vurub

0

Mayın 5-i saat 18 radələrində Tovuz rayonu, Əyyublu kənd sakini 1986-cı il təvəllüdlü Bəxtiyar Əkbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

İctimairey.az-a Tovuz rayon dan daxil olana məlumata görə,

araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1988-ci il təvəllüdlü Tural Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Əkbərovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Tural Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »