SOCAR işlərin görülməsini məhdudlaşdırdı, işçilərini təxliyə etdi

0

“Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı SOCAR dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb”.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və kommunikasiya xidmətinin yaydığı məlumatda bildirilir ki, təhlükəsizlik tədbirləri çərçivəsində müəyyən istehsalat sahələrindən işçilərin təxliyəsi həyata keçirilib.

Həmçinin bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.

 40 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »