Rusiya qüvvələri hücumlarını ölkənin şərqində cəmləməyə davam edir, lakin Ukrayna qüvvələrinin müqaviməti onların irəliləyişini ləngidir.
Budur ən son gedişat:
- Rus qoşunları şərqdəki İzyum şəhəri ətrafında çox az irəliləyiş əldə edib
- Lakin Donbasda güclü Ukrayna müdafiəsi hələ də davam edir
- Ukrayna qüvvələri Xarkov yaxınlığında rus qoşunlarını geri itələyir
- Rusiya qoşunlarının Mariupoldakı zavoda daxil olduğu bildirilir
- Rusiya fevralın 24-də Ukraynanı işğal edib, lakin aprelin əvvəllərində onun qüvvələri paytaxt Kiyevdən və ətraf rayonlardan Belarusa və Rusiyanın qərbinə çəkilib.
- O vaxtdan bəri Rusiya öz səylərini Ukraynanın şərqi və cənubu üzərində nəzarətin qurulmasına yönəldib.
- Rusiya cənuba tam nəzarət etməyi hədəfləyir.
- Başlanğıcda Rusiya qüvvələri cənubda sürətlə irəliləyirdi, onların əsas məqsədi 2014-cü ildə işxal edilmiş Krım ilə Rusiyanın dəstəklədiyi Donetsk və Luqanskdakı separatçıların nəzarətində olan ərazilər arasında quru dəhlizi yaratmaq idi.
- Lakin qərbdə Nikolayev yaxınlığında və şərqdə Mariupolda Ukrayna qoşunlarının güclü müqaviməti rusların irəliləyişini xeyli ləngitdi.
- Martın əvvəlindən mühasirəyə alınan liman şəhəri Mariupol indi əsasən Rusiya qüvvələrinin nəzarəti altındadır və onlar indi hücumlarını şəhərin cənubundakı Azovstal polad zavoduna cəmləşdirirlər.
- Çərşənbə günü Rusiya qoşunlarının zavoda basqın etdiyi bildirilir və Müharibə Tədqiqat İnstitutunun (MTİ) məlumatına görə, onların qoşunları hazırda zavodda fəaliyyət göstərir. Son günlər polad zavodundan bir neçə yüz dinc sakin təxliyə edilib, lakin Rusiya qüvvələri havadan bombardmanlarını davam etdirir.
- Polad zavodunun altındakı tunellərdə bir neçə yüz Ukrayna əsgərinin qaldığı güman edilir.
- Qərbdə Rusiya Ukraynanın Qara dənizə çıxışını kəsmək üçün, Odessaya doğru irəliləməyə çalışdı, lakin onların irəliləməsi Nikolayevdə dayandı.
- Rusiya rəsmiləri bildiriblər ki, məqsəd Ukraynanın bütün cənubuna nəzarəti ələ keçirmək və Rusiya qoşunlarının artıq yerləşdiyi Moldovanın separatçı hissəsi olan Dnestryanı ilə quru dəhlizi yaratmaqdır.
- Bu yaxınlarda Dnestryanıda silsilə partlayışlar baş verdi və buna görə Rusiyayönlü hökumət Ukraynanı günahlandırdı. Bununla belə, Ukrayna bildirib ki, bunlar qondarma “yalançı bayraq” əməliyyatlarıdır, Rusiyanın regionda sabitliyi pozmaq və münaqişəni yaymaq cəhdidir.
- Şərqdə döyüşlər şiddətlənir
- Rusiya rəsmiləri bildiriblər ki, onların qüvvələri Donbasın “tam azad edilməsi” üçün döyüşürlər. Bu, geniş mənada Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərinə aiddir, burada rusiyayönlü separatçıların işğaldan əvvəl əhəmiyyətli əraziləri var idi.
- MTİ-nin məlumatına görə, Rusiya qüvvələri İzyumun cənubunda ilişib qalıb və Ukrayna qüvvələri indiyədək istənilən hücum cəhdinin qarşısını ala bilib.
- 2014-cü ildə orada hərbi əməliyyatlar başlayandan bəri Ukraynanın bölgədə müdafiəsi qurulub və Böyük Britaniyanın Müdafiə Nazirliyi (MN) Rusiya qüvvələrinin hələ də hücumlarında böyük sürət qazana bilmədiyini bildirir.
- Müharibənin Tədqiqi İnstitutunun məlumatına görə, Ukraynanın İzyumun şimal-qərbindəki Xarkov bölgəsində uğurlu əks-hücum əməliyyatı da yaxın həftələrdə Rusiyanın Donbasdakı əməliyyatlarına mane ola bilər.
- Rusiyanın geri çəkilməsindən sonra, şimal geri alındı
- Rusiya işğalın ilk günlərində Kiyevə doğru irəliləyişini dayandırdıqdan sonra, Ukrayna qüvvələri aprelin əvvəlində Kiyev ətrafında geniş əraziləri geri aldı.
- Ukrayna qoşunlarının uğurlu əks-hücumları Kiyev ətrafındakı rayonları geri almağa kömək etdi və ruslar geri çəkildikcə ukraynalılar Belarus və Rusiyanın qərbi ilə şimal sərhədlərinə qədər irəliləyə bildilər.
- Müdafiə Nazirliyi bildirir ki, Belarusda irimiqyaslı hərbi təlimlər keçirilir və çox güman ki, Rusiya Ukrayna qoşunlarını Ukraynaya deyil, şimala cəmləmək üçün, bu qüvvələrdən Donbassda “Ukrayna üçün təhlükəni artırmağa çalışacaq”.