“Rusiya ordusunu daha böyük məyusluq gözləyir” – Ukrayna MN

0

“Ukrayna Rusiyanın mayın 9-da Kiyevdə parad keçirmək planlarını artıq puç edib”.

IctimaiRey.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

“Rusiya ordusunu daha böyük məyusluq gözləyir. Biz onların mayın 9-da parad keçirmək arzularını artıq alt-üst etmişik”, – o söyləyib.

Xatırladaq ki, ABŞ kəşfiyyatı Rusiyanın mayın ortalarına qədər Donetsk və Luqansk vilayətlərini ilhaq etməyə çalışacağını bildirmişdi.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »