Əhməd Rza Cəlalinin ölüm hökmünün icrası may ayının sonu həyata keçirələk

0

Əhməd Rza Cəlalinin sionist rejim üçün, casusluq ittihamı ilə İran Ali Məhkəməsinin təsdiq etdiyi edam hökmü may ayının sonuna qədər icra olunacaq.

İSNA-nın məlumatına görə, “məlumatlı mənbələrdən Əhməd Rza Cəlalinin edam hökmünün gündəmə gətirildiyi və bu hökmün may ayının sonundan gec olmayaraq icra olunacağı məlum olub”.

Cəlali İsra sionist rejimə casusluq etdiyinə görə həbs edilib və uzun sürən mühakimələrdən sonra, Ali Məhkəmənin hökmü ilə edam cəzasına məhkum edilib.

Sionist rejimin bu muzdlusunun ölkənin nüvə proqramı ilə bağlı casus-terror təşkilatı Mossad-a verdiyi məlumat təəssüf ki, ölkədə iki nüvə aliminin qətli və şəhadətinə səbəb olduğu bildirilir.

Çox düşündürücü bir məsələ bu olub ki, bu casusun İsveçdə müvəqqəti qalması və eyni ölkədə Mossad ilə əlaqəsi səbəbindən İsveç hökuməti sionist rejimin tələbi ilə İranda həbs və mühakimə olunduqdan, ona ölüm hökmü çıxardıqdan sonra, İran məhkəmə sisteminə təzyiq etmək üçün, ona İsveç vətəndaşlığı verilib.

Bəzi politoloqlar hesab edir ki, Həmid Nurinin İsveçdə həbsi və bu ölkədə şou-məhkəmə keçirilməsi layihəsinin hamısı Əhməd Rza Cəlalinin azadlığa buraxılması üçün, İran hökumətinə təzyiq etmək məqsədi daşıyırdı.

“Bu analitiklər deyirlər ki, İran hökuməti Əhməd Rza Cəlaliyə hökmü icra etməklə İsveç hökumətini məcburi məhkəmə hökmü çıxarmaqla Həmid Nurinin həbsinə bənzər başqa bir hərəkət etmək imkanından məhrum edəcək”.

 Qeyd edək ki, Əhməd Cəlali İran-İsveç fəlakət tibb doktoru, Şərqi Piemont Universitetində müəllim, tədqiqatçıdır. O, casusluqda və İsraillə əməkdaşlıqda günahlandırılaraq ölüm cəzasına məhkum edilib.

 111 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »