Azərbaycanlı İş Adamları Birliyi Gürcüstanda iftar süfrəsi təşkil edib-FOTO

0

Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil edib.

İctimairey.az  xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov, müftilər, azərbaycanlı və türkiyəli iş adamları, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.Gürcüstan Müsəlmanları İdarəsi iftar süfrəsi verib - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Bildirib ki, son iki ildə koronavirus səbəbindən AZEBİ Ramazan ayında iftar mərasimləri təşkil edə bilməyib. Buna baxmayaraq, ehtiyacı olan ailələrə yardımlar göstərilib. Bu xeyriyyəçilik aksiyasında Azərbaycan səfirliyi, azərbaycanlı iş adamları yaxından iştirak ediblər. Qeyd edilib ki, bu il də AZEBİ ənənəyə sadiq qalaraq 300-dən çox imkansız, xüsusi qayğıya ehtiyacı olan ailələrə, eləcə də şəhid ailələrinə müxtəlif yardımlar çatdırıb.

N.Qurbanov bu ənənənin gələcəkdə də davam edəcəyini vurğulayıb, hamıya firavanlıq, sülh, sabitlik, bol ruzi-bərəkət arzulayıb.

Xətayi Əzizov Azərtac

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »