Bakıda kafeyə silahlı hücum olub:  Polis  şəxsə atəş açıb

0

Bakıda kafedə qadına qarşı silahlı hücum olub.

Ictimairey.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 29-na keçən gecə saat 02.50 radələlərində Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə Maştağa qəsəbəsində yerləşən kafelərin birində münaqişə olması barədə daxil olan məlumat əsasında polis əməkdaşları hadisə yerinə gediblər.

Orada kafeni işlədən Ləman Heydərova Teymur adlı şəxsin sərxoş vəziyyətdə bıçaqla onları hədələyərək 1 000 manat pul teləb etdiyini, kafenin şüşələrini sındırdığını, işçilərdən birinə bıçaqla xəsarət yetirərək oranı tərk etdiyini deyib.

Dərhal həmin şəxsin saxlanılması üçün axtarış tədbirlərinə başlanılıb, qısa zaman ərzində onun yeri aşkarlanıb.

Polis əməkdaşları ona yaxınlaşdıqda həmin şəxs bıçaqla onlara hücum edib xəsarət yetirməyə cəhd göstərərkən xidməti avtopatrul maşınını zədələyib. Belə olduqda polis əməkdaşları tabel silahından havaya 2 dəfə xəbərdarlıq atəşi açıb.

Buna baxmayaraq o, silahlı müqavimətini davam etdirdiyindən polis onun ayaq nahiyəsinə atəş açıb zərərsizləşdirərək yaxalayıb.

Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək yaxınlıqdakı xəstəxanaya yerləşdirib.

Müəyyən edilib ki, həmin şəxs 49 yaşlı, əvvəllər 3 dəfə məhkum olunmuş Maştağa qəsəbə sakini Teymur Yolçuyevdir.

Hazırda onun vəziyyəti qənaətbəxşdir, həyatına təhlükə yoxdur.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »